İran generalın şərəfinə adlandırılan raketin sınağını keçirdi

  • Space TV
  • 20 Avqust 2020 14:26

İran ABŞ-ın xüsusi əməliyyatı nəticəsində öldürülən general Qasim Süleymaninin şərəfinə adlandırdığı ballistik raketin sınağını keçirib.

Spacetv.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb.

“Yer-yer” sinifli raketin 1400 km mənzilli olduğu vurğulanıb.

Xatırladaq ki, cari il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.

Paylaş

 Xəbəriniz olsun