İran danışıqlara maraqlı deyil

  • SpaceTV
  • 20 Avqust 2019 11:36

İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır. Bunu Finlandiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. O,  nüvə proqramına dair razılaşmadan imtina etmədiklərini söyləyib.

“Bu ideal bir razılaşma idi, çünki yaxşı bir razılaşmanın əlaməti, onun heç kimi tam qane etməməsindən ibarətdir. Müqavilə o zaman pis olacaq ki, tərəflərdən biri tamamilə razı qalsın”, – deyə nazir bildirib. Onun fikrincə, əvvəlki ABŞ hökumətinin əldə etdiyi razılaşmalara ölkənin yeni hakimiyyəti tərəfindən də əməl olunmalıdır. İran Xarici İşlər Nazirliyinin başçının müavini Abbas Arakçi isə  Pxenyana ABŞ-a etibar etməməyi məsləhət görüb.

Space.TV- bildirir ki, Fars agentliyinin məlumatına görə,  iranlı diplomat bu haqda Koreya Xalq Demokratik Respublikasının ümayəndə heyəti ilə görüşdə deyib. “ABŞ-ın həm İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxması, həm də Şimali Koreya ilə danışıqlar göstərdi ki, onlara dialoq zamanı etibar etmək lazım deyil”, – Arakçi bildirib.

 O qeyd edib ki, ABŞ-ın Şimali Koreya və İran kimi müstəqil ölkələrə qarşı əsas aləti sanksiyalardır. Diplomat əlavə edib ki, məhdudiyyətlər iki dövlətin iradəsini sarsıda bilməyib.

Paylaş

 Xəbəriniz olsun