İran BƏƏ-yə məxsus gəmini saxlayıb

  • Space TV
  • 20 Avqust 2020 15:13

İran Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahil mühafizəsinin balıqçı gəmilərinə atəş açması ilə bağlı bəyanat yayıb.

Spacetv.az-ın məlumatına görə, hadisə ilə bağlı BƏƏ-nin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Görüş zamanı BƏƏ sahil mühafizəsinin balıqçı gəmilərinə hücumu pislənilib, BƏƏ-nin bu qanunsuz addıma görə məsuliyyət daşıdığı diplomatın diqqətinə çatdırılıb.

Bildirilib ki, müvəqqəti işlər vəkili XİN-ə çağırıldıqdan sonra BƏƏ hökuməti İrana rəsmi məktub göndərərək dəymiş ziyanı ödəməyə hazır olduqlarını bəyan edib.

İki ölkənin sərhəd xidmətinin koordinasiyalı əməkdaşlığı ilə balıqçı gəmisi və saxlanılan balıqçılar sərbəst buraxılıb. Öldürülən balıqçıların İrana qaytarılması üçün qanuni prosedur başladılıb.

BƏƏ sahil mühafizəsinin açdığı atəş nəticəsində iki iranlı balıqçı ölüb.

İran isə buna cavab olaraq BƏƏ-yə məxsus balıqçı gəmisini saxlayıb və balıqçıları həbs edib.

Paylaş

 Xəbəriniz olsun