İran, Avstriya və Niderland nazirləri Qarabağdan danışıblar

  • Space TV
  • 2 Oktyabr 2020 13:42

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Niderlandın XİN başçısı Stef Blok və Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə telefon danışığında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə edib.

Spacetv.az xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər İranla bu ölkələr arasında ikitərəfli münasibəti, COVID-19-a qarşı mübarizəyə dair məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, Niderland və Avstriya ATƏT-in Minsk qrupunun üzvləridir.

Paylaş

 Xəbəriniz olsun