İran ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırmışdı – Tramp

  • Space TV
  • 11 Yanvar 2020 10:15

Prezident Donald Tramp iranlı general Qasım Süleymaninin öldürüldüyü ərəfədə ABŞ-ın dörd səfirliyinə hücum planlaşdırıldığını iddia edib.

SPACE TV RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə “Fox News”a müsahibəsində bildirib.

O qeyd edib ki, həmin ərəfədə İran genişmiqyaslı hücum planlaşdırıb: “Bunu açıq deyə bilərəm. Fikrimcə, bu hücum ABŞ-ın dörd səfirliyini əhatə edəcəkdi”.

Tramp İran tərəfindən hücum planlaşdırılan ABŞ-ın səfirliklərindən birinin Bağdadda olduğunu desə də, digər diplomatik nümayəndəliklərin adını açıqlamayıb.

Paylaş

 Xəbəriniz olsun