İran 13 ssenarilik “intiqam planı” hazırlayıb

  • Space TV
  • 7 Yanvar 2020 16:17

Rəsmi Tehran Vaşinqtonla bağlı 13 ssenarilik “intiqam planı” hazırlayıb.

SPACE TV-in verdiyi xəbərə görə, bu barədə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.

“Hazırlanan ssenarilərin ən kiçikləri də Amerika üçün kabusa çevriləcək”, – deyə Şamxani vurğulayıb.

Qeyd edək ki, İran parlamenti yanvarın 7-də Pentaqon və ABŞ ordusunu terror təşkilatları ilə bərabərləşdirən qanun layihəsini yekdilliklə qəbul edib. Sənədlə, həmçinin Milli İnkişaf Fondundan İran ordusunun elit hissəsinə – “Qüds” xüsusi təyinatlılarına 200 milyon avro ayrılması təsdiqlənib.

Paylaş

 Xəbəriniz olsun