İran ən yeni texnologiyaya əsaslanan “Ramjet” tipli mühərrik istehsal edib

  • SpaceTV
  • 2 Noyabr 2019 17:51

İran ən yeni texnologiyaya əsaslanan “Ramjet” tipli mühərrik istehsal edib.

SPACE TV “Fars news” agentliyinə istinadla xəbər verir ki, bu tip mühərriklər əsasən hərbi sahədə istifadə olunur. Pilotsuz uçan aparatlar, uzaq məsafədəki hədəfləri vurmaq üçün raketlər və hərbi dəniz donanmalarında istifadə olunan torpedalar məhz “Ramjet” tipli mühərriklərlə işləyir. Ən başlıcası isə bu mühərriklə təchiz olunan döyüş raketləri uzaq hədəfləri dəqiq vurur.

Dünyada “Ramjet” tipli mühərriklər istehsal edən çox az dövlət var.

Paylaş

 Xəbəriniz olsun