İrəvanda 130-a yaxın etirazçı tutuldu

  • Space TV
  • 11 Noyabr 2020 16:06

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları İrəvanın Azadlıq Meydanından 129 vətəndaşı polis bölmələrinə aparıblar.

“Sputnik Ermənistan” bu barədə idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hazırda müxalifətin mitinqi davam edir.

Qeyd edək ki, kütləvi etiraz aksiyasının iştirakçıları Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanat imzaladığı üçün onun istefasını tələb edirlər.

İştirak edənlər sənədin imzalanmasını “xəyanət” hesab edirlər.

Mitinqdə Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan bildirib ki, əgər biz Nikolu qovmayacağıqsa, deməli, xalqımız ləyaqətsizdir.

Etirazçılar “Nikol xaindir” şüarları səsləndirirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq keçirilən yerə gəlməyə davam edirlər.

Paylaş

 Xəbəriniz olsun