İrəvan Moskvanın tabeliyinə keçir?

  • SpaceTV
  • 27 May 2020 11:18

KREMLDƏ ERMƏNİSTANIN RUSİYANIN TƏRKİBİNƏ DAXİL EDİLMƏSİ MƏSƏLƏSİNƏ BAXILIR. NÜFUZLU VRFEMYA NƏŞRİ RUSİYANIN DİPLOMATİK STRUKTURLARINDAKI MƏNBƏYƏ İSTİNADƏN BU QƏNAƏTƏ GƏLİB. YAZILANLARA İNANSAQ, MƏSƏLƏ İLƏ BAĞLI ERMƏNİSTAN PREZİDNETİ ARMEN SARKİSYANIN RAZILIĞI ALINIB VƏ PAŞİNYAN DA VLADİMİR PUTİNƏ HƏ DEYİB.  LAKİN BUNA İNANMAYANLAR, YAXUD PROSESİN ÇƏTİN OLDUĞUNU DÜŞÜNƏNLƏR DƏ VAR. ÇÜNKİ

HƏR HALDA  HANSISA YOLLARUSİYANIN TƏRKİBİNƏ KEÇDİYİ HALDA  ERMƏNİSTANI ANLAMAQ OLAR, ÇÜNKİ BU YOLLA İŞĞALÇILAR SOSİAL-İQTİSADİ BÖHRANDAN QURTULMAQ İSTƏYƏCƏK VƏ HƏRBİ QÜDRƏTİ ARTAN AZƏRBAYCANDAN GÖZLƏNİLƏN TƏHLÜKƏNİ AZALTMIŞ OLACAQLAR. RUSİYALI POLİTOLOQ OLEQ KUZNETSOV DA BU QEYRİ RƏSMİ XƏBƏRƏ MÜNASİBƏT BİLDİRƏRKƏN, BELƏ OLAN HALDA KREMLİN QARABAĞI AZƏRBAYCANA QAYTARACAĞINI SÖYLƏYİB. LAKİN QARABAĞ MƏSƏLƏSİNDƏ MARAQLI TƏRƏFLƏR ÇOXDUR DEYƏ, HƏR ŞEY GÖRÜNDÜYÜ KİMİ ASAN DEYİL.

ƏSLİNDƏ ERMƏNİSTANIN BÜTÜN İQTİSADİ ÇƏTİNLİKLƏRDƏN, AZƏRBAYCANIN  HƏRBİ MÜDAXİLƏSİNDƏN SIĞORTALANMASININ  ÇOX RAHAT HƏLL YOLU VAR. BELƏ Kİ, ONLAR  NƏ PARİS, NƏ VAŞİNQTON, NƏ DƏ MOSKVANIN MUXTARİYƏTİ OLMADAN AZAD NƏFƏS ALA BİLƏRLƏR. YETƏR Kİ,  İŞĞAL ETDİKLƏRİ BÜTÜN TORPAQLARI AZƏRBAYACANA QAYTARSINLAR.

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun