İrəvan “İskəndər”dən istifadə edərsə, Bakı adekvat cavab vəd etdi

  • Space TV
  • 28 Sentyabr 2020 16:25

Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə bildirib.

“Təəssüf ki, erməni tərəfindən hər şey gözləmək olar. Hərbi baxımdan cavab tədbirlərinin nə olacağını izah etmək mənim üçün çətindir… Əminəm ki, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafi Nazirliyinin nümayəndəsi  Artsun Ovannisyan “İskəndər” raket kompekslərindən və hücum təyyarələrindən istifadə edə biləcəklərini demişdi.

Paylaş

 Xəbəriniz olsun