İqtisadi böhran yaşayan Yunanıstan tarixi əsərləri 50 illik icarəyə verir

  • Space TV
  • 11 Dekabr 2020 11:18

İqtisadi böhrandan çıxış yolu axtaran Yunanıstan limanlarını özəlləşdirdikdən sonra ölkədəki muzeylərdə olan tarixi əsərləri 50 illik icarəyə verməyə hazırlaşır.

Bu barədə DHA xəbər verir ki, bununla bağlı qanun layihəsi Yunanıstan parlamentinin gündəminə gətirilib.

Qeyd edək ki, Yunanıstan 20 avqust 2018-ci il tarixində 8 illik yardım proqramının bitməsinə baxmayaraq, dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr arasındadır.

Beynəlxalq Valyuta Fondu (IMF) noyabr ayında bildirmişdi ki, mənfi risklər yaranarsa, Yunanıstanın borclarını ödəmək qabiliyyəti təhlükə altına düşə bilər və bu, Avropa tərəfdaşlarından daha çox dəstək alacağı anlamına gəlir.

Güclü iqtisadi böhrana baxmayaraq, Yunanistan önümüzdəki 5 ildə 10 milyard avro dəyərində silah alacaq.

Paylaş

 Xəbəriniz olsun