İqlim dəyişmələrinin təsiri

  • Space TV
  • 30 Dekabr 2019 14:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva builki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərlə bağlı bildirib ki, dünyada baş verən qlobal istiləşmə ölkəmizə də təsirsiz ötüşməyib.

 Onun sözlərinə görə, çoxillik meteoroloji məlumatlarının təhlili göstərir ki, qış və yay ayları arasında heç bir fərq qalmayıb. Yəni Qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında fərqi izləmək mümkün deyil”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva onu da bildirdi ki, 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur:  “Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir.  Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına yönələn tədbirlər həyata keçirir.

İlkin Həsənli SPACE TV

Paylaş

 Xəbəriniz olsun