İpoteka kreditlərinin ümumi məbləği barədə məlumat verilib

  • Space TV
  • 16 Fevral 2021 10:52

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği barədə məlumat verilib.

Spacetv.az-ın məlumatına görə, bu günə qədər fond 32 020 ipoteka krediti verib. Kreditlər üzrə ümumi məbləğ 1 674 358 355 manat təşkil edib.

Əlavə olaraq bildirilib ki, zəmanət və subsidiya mexanizmi ilə 231 270 min manat məbləğində kredit maliyyələşdirilib.

Qeyd edək ki, satmaq öhdəliyi ilə 556 kirayə mənzil kirayəçilərin istifadəsinə verilib.

Paylaş

 Xəbəriniz olsun