İordaniyada məktəblər və ibadət məkanları qapadıldı

  • Space TV
  • 17 Sentyabr 2020 17:41

İordaniya hökuməti ölkədə koronavirusa yoluxanların sayının artması səbəbindən 17-30 sentyabr tarixləri arasında məhdudlaşdırma rejimini bərpa edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə İordaniyanın “Al Rai” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Amman, İrbid, Əz-Zark və İordaniyanın digər şəhərlərindəki məktəblər sentyabr ayının sonuna qədər bağlı olacaq, məktəblilər distant təhsilə keçəcəklər.

Bundan əlavə məscid, kilsə, bazar və restoranlar da ayın sonuna qədər qapalı olacaq.

Qeyd edək ki, İordaniyada 3 852 şəxsin COVID-19 virusuna yoluxduğu məlum olub. 26 xəstə pandemiyanın qurbanı olub.

Paylaş

 Xəbəriniz olsun