İordaniyada hotel binası üçrəngli Azərbaycan bayrağına büründü – FOTO

  • Space TV
  • 9 Noyabr 2020 14:11

İordaniya Haşimilər Krallığının Əmman şəhərində  Azərbaycan Respublikasının bayrağı göz oxşayıb. 

Spacetv.az xəbər verir ki, bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.  

Paylaş

 Xəbəriniz olsun