İntihar etmək istəyən şəxsdən qeyri-adi addım: Üşüdüyü üçün…

  • Space TV
  • 22 Yanvar 2020 14:44

İntihar etmək üçün körpüyə çıxan kişi üşüdüyü üçün qızınma hərəkətlərinə başlayıb. Bu isə maraqlı görüntülərə səbəb olub. Hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, dörd gün əvvəl Seyhan çayı üzərində körpüyə çıxan Əhməd U. polislərlə iki saatlıq danışıqdan sonra körpüdən düşməyə razı olub. 

Lakin həmin şəxs dünən yenidən eyni məqsədlə körpüyə çıxıb. Onu bu vəziyyətdə görən vətəndaşlar polisə xəbər veriblər. Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri cəlb edilib.

Bundan sonra baş verənlər isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, Əhməd U. körpünün üstündə üşüməyə başladıqda isinmək üçün yeriməyə başlayıb. Onunla birlikdə danışıq aparan polislərin də hərəkət etməsi maraqlı görüntülərə səbəb olub.

Paylaş

 Xəbəriniz olsun