İnternat məktəbi yenidən qurulur

  • SpaceTV
  • 3 İyun 2020 16:23

Hazırda şəhərdə iki bu cür tədris müəssisəsində təmir-tikinti işləri gedir. Onlardan biri İngilis Dili Təmayüllü Gimnaziyaya çevriləcək. Yeni tədris ocağı 5 korpus və köməkçi binalardan ibarət olacaq. 460 yerlik şagird tutumu tədris müəssisəsinin yeni binası hazır olduqdan sonra şagird sayı artırılacaq. Tədris binası Təhsil Nazirliyinin sifarişi ilə tikilir.

Hazırda binanın hörgü və arakəsmə işləri gedir. Tikintiyə ilkin mərhələdə 50 nəfərdən artıq işçi qvvəsi cəlb edilib. Cari ilin fevral ayından başlanılan işlərin 2021-ci ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, bu tədris müəssisəsinin binası  1958 ci ildə tikilib və 1960 cı ildən istifadəyə verilib. Bu illər ərzində isə bina tamami ilə sıradan çıxıb. Sözügedən bina ilə yanaşı digər internat məktəbi kimi tanınan bu gün isə Futbol Təmayüllü İdman Liseyi adlandırılan tədris müəssisəsi də əsaslı təmir edilməkdədir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun