“İnter”in adı və loqotipi dəyişdirilir

  • Space TV
  • 19 Yanvar 2021 10:10

İtaliyanın “İnter” klubu mart ayında adını və loqotipini dəyişməyi planlaşdırır.

Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Qeyd olunur ki, klubun “Football Club Internazionale Milano” olan adı “İnter Milano” olaraq dəyişdiriləcək.

Klubun loqotipi də dəyişərək “İ” və “M” hərflərindən ibarət olacaq. Yaxın aylarda “İnter”də daha böyük dəyişikliklərin ola biləcəyi də bildirilir.

Paylaş

 Xəbəriniz olsun