“İnter” “Barselona”nın futbolçusunu transfer etdi – VİDEO

  • SpaceTV
  • 21 Sentyabr 2020 11:43

İtaliyanın “İnter” klubu İspaniya “Barselona”sının yarımmüdafiəçisi Arturo Vidalı heyətinə cəlb edib.

Spacetv.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi “Twitter” səhifəsi 33 yaşlı futbolçunun İtaliyaya gəldiyini göstərən video yayıb.

Çilili mərkəz yarımmüdafiəçisi ilə artıq rəsmi müqavilə bağlanılıb. O, 2+1 illik müqaviləyə qol çəkib. Bu transferin gələn ilə kimi müqaviləsi olan Kataloniya təmsilçisinə bir milyon avro qazandırdığı bildirilir. Klub saytı transferi yaxın saatlarda açıqlayacaq.

Qeyd edək ki, Arturo Vidal “Barselona”ya 2018-ci ildə “Bayern”dən keçib. O, daha əvvəl İtaliyada dörd il “Yuventus”un şərəfini qoruyub.

Paylaş

 Xəbəriniz olsun