“Instagram”da silinən paylaşımların bərpası funksiyası işə salınıb

  • Space TV
  • 3 Fevral 2021 10:18

Ölkəmizdə çoxmilyonlu istifadəçi ordusu olan “Instagram” sosial şəbəkəsi yeni funksiyası ilə çoxlarını sevindirib.

TASS xəbər verir ki, bundan sonra silinən “Stories” paylaşımlarını bir sutka ərzində, digər paylaşımları isə bir ay ərzində bərpa etmək mümkün olacaq.

Yenilik barədə məlumat “Instagram”ın mətbuat xidməti tərəfindən yayılıb. Məlumatda bildirilib ki, sözügedən funksiya ilə bərabər, şəbəkənin təhlükəsizliyi daha da artırılıb. Artıq bundan sonra hakerlərin şəxsi hesabları açması və məlumatları oğurlaması daha çətin olacaq.

Paylaş

 Xəbəriniz olsun