“Instagram” istifadəçilərini sevindirdi: Hamı bunu gözləyirdi

  • Space TV
  • 16 Yanvar 2020 10:50

“Instagram”ın mobil versiyasındakı “Direct” mesajlaşma funksiyasından veb versiyasında da istifadə etmək mümkün olacaq.

SPACE TV  xəbər verir ki, bu barədə sosial şəbəkə rəhbərliyi ictimaiyyətə məlumat yayıb. Hazırda sınaq mərhələsində olan funksiya “Instagram”ı internet üzərindən istifadə edənlərin ən çox gözlədiyi yeniliklərdən biridir.

Test edilmiş xüsusiyyət istifadəçilərə hər hansı brauzer üzərindən mesaj göndərməyə imkan verəcək. Əgər sınaqlar uğurla başa çatarsa, onda funksiyadan hamı istifadə edə biləcək.

Paylaş

 Xəbəriniz olsun