İnsanların çipləşməsinin qiyməti açıqlanıb – FOTO

  • Space TV
  • 30 Avqust 2020 10:57

Amerikalı biznesmen və ixtiraçı İlon Mask insanın kəllə sümüyünə implantasiya üçün “Link” cihazının təqdimatı zamanı çiplənmənin təxmini qiymətini açıqlayıb.

Spacetv.az REN TV-yə istinadən xəbər veri ki, o, qiymətin əvvəlcə çox yüksək olacağını, lakin tezliklə düşəcəyini bildirib.

“Avtomatik rejimdə əməliyyatlar da daxil olmaqla onun dəyərinin bir neçə min dollara qədər enməsini istərdik”, – deyə Mask bildirib.

Onun sözlərinə görə, “Neuralink” şirkətindən olan ixtiraçılar əməliyyat üçün sistemin tam avtomatlaşdırılacağını, cihazın varlığının isə digər insanlar üçün görünməz olacağını gözləyirlər.

Çipin özü böyük dəmir pul ölçüsündə olacaq. Onun beynin fəaliyyətinə, o cümlədən müxtəlif pozğunluqların müalicəsinə təsir edəcəyi planlaşdırılır.

Qeyd edək ki, Mask bundan əvvəl beyin çipinin yaradılması ilə bağlı uğurlarını bölüşmüşdü. Belə ki, çipin prototipi və avtomatlaşdırılmış implantasiya üçün təkmilləşdirilmiş robot modeli iki donuzda uğurla sınaqdan keçirilib. Cihaz alimlərə heyvanın beyninin toxunma mərkəzlərinin fəaliyyətini və donuzun burnu ilə nəyə toxunduğunu simsiz rabitə kanalı vasitəsilə izləməyə imkan verib.https://player.baku.tv/embed/23899

Bildirilir ki, çip insanda baş beynin və ya onurğa beyninin işinin pozulduğu epilepsiya, iflic və digər xəstəliklərlə mübarizə aparmağa imkan verəcək.

Paylaş

 Xəbəriniz olsun