İnsanlarda koronavirusa qarşı immunitet yaranırmı?

  • Space TV
  • 9 Aprel 2020 17:00

Koronavirusa yoluxub sonra sağalanları test edəndə virusun təkrar aşkar olunması hallarına rast gəlinir.

SPACE TV  xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, soyuq dəyməylə nəticələnən koronavirus infeksiyaları, adətən, insanlarda immunitet yaradır.

Bəs Covid 19 virusu imunitet yaradırmı?

Aparılan araşdırmalar zamanı Tokio sakini olan 70 yaşlı kişidə bu hal müşahidə edilib.O, fevral ayında koronavirusa yoluxub, infeksiya şöbəsinə yerləşdirilib, sağalaraq normal həyata qayıtsa da bir neçə gündən sonra onun səhhəti yenidən pisləşib, qızdırması qalxıb və təkrar xəstəxanaya gətirilib.

Həmin şəxsi ikinci dəfə test ediblər və onda bu dəfə də virus aşkar edilib. Yaponiyada bu, yeganə nümunə olmasa da, koronavirusun qayıtması tez-tez rast gəlinən hal deyil. Ancaq belələrinin sayı hiss olunacaq qədər çoxdur və virusoloqlar bunun niyə baş verdiyini hələ də anlaya bilmirlər.

Alimlər bildirirlər ki, COVID-19 virusunun təbiətini anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.

Panamerikan Səhiyyə Təşkilatı BBC-yə açıqlamasında bildirib ki, COVID-19 ” haqqında hər gün yeni məlumatlar öyrəndiyimiz virusdur” və bu gün təkrar yoluxma hallarını tam aydnlığıyla izah etmək mümkün deyil.

Ancaq alimlərin bu yöndəki araşdırmaları davam edir.

Paylaş

 Xəbəriniz olsun