İnsanlar qaydalara niyə əməl etmir?

  • Space TV
  • 26 May 2020 10:15

Təəssüf ki, karantin rejiminin yumşaldılmasını, ümumiyyətlə, koronavirus təhlükəsinin tam səngiməsi kimi kimi anlayanlar az deyil. Çox yaxın dayanıb şəkil çəkdirən kim, əl-ələ görüşən, öpüşən  kim.

Ölkədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi bir qədər yumşaldıldı. SMS icazə ləğv edildi, 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına icazə verildi. Restoran və kafelər saat 08:00dan 18:00-a qədər fəaliyyətini bərpa etdi.  Buna görə də insanlar mövcud vəziyyətdən istifadə edərək şəhərə kütləvi şəkildə axışır və qaydaları pozurlar.

Belə olduqa həmin insanlar təkcə öz sağlamlıqlarını deyil, həm də ətrafdakı insanların həyatını təhlükəyə atmış olur. Mütəxəssislər isə bildirilər ki, ictimai nəqliyyatda maskasız şəxs minimum 60 nəfəri koronoavirusa yoluxdura bilər. Həmin 60 nəfər bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurur.

Azərbaycanda koronavirusa yoluxmaların sayının azaldılması və situasiyanın nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 100-200 manat məbləğində cərimələnirlər. Qayda pozuntusunun təkrarlanacağı təqdirdə, belə şəxsi inzibati həbs gözləyir. Dünya ölkələri ilə müqayisə etsək görərik ki, burada cəzalar  daha sərtdir. Məsələn, qərb ölkələrində ictimai yerlərdə, maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir. Fransada karantin rejiminin pozulmasına görə  150 avro, ictimai nəqliyyatda maskasız olmağa görə 135-150 avro cərimə tətbiq edilir. Belçikada ictimai yerlərdə, xüsusən, ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. Bu qayda 12 yaşından yuxarı hər kəs üçün məcburidir. İspaniyada maskaya görə 300 avroya qədər, karantin qaydalarını pozmaya görə məhkəmə qərarı ilə 30 000 avroya qədər cərimələr tətbiq olunur. Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir.

Nərgiz Ərəstunqızı SPACE TV

Paylaş

 Xəbəriniz olsun