“İnsan sifəti” olan balıq sosial şəbəkə istifadəçilərini qorxudub. Ətürpədici videorolik “Twitter”də “@Unexplained” akkauntunda paylaşılıb.
“Bu sazanın insan sifəti var”, – deyə paylaşımın müəllifi qeyd edib.
Çarxda sazanın gölün sahilinə üzdüyü və dodaqları ilə qəribə hərəkətlər etdiyi görünür.
Əksər istifadəçilər videonu ətürpədici hesab edib və bəyənmədiklərini bildiriblər.