İnsan beyni yeyən amöb aşkarlanıb

  • SpaceTV
  • 7 İyul 2020 09:50

ABŞ-ın Florida ştatının Hilsburq şəhərində yaşayan vətəndaşlardan birində “Neqleriya Foulera” amöbü aşkar edilib.

“Hürriyet” xəbər verir ki, birhüceyrəli canlı infeksiya yaradır və əksər hallarda xəstənin ölümünə gətirib çıxarır.

Bir çox hallarda göl və çay kimi şirin su hövzələrində aşkar edilən amöb, sadəcə, burun yolu ilə insana keçir.

Hazırda Florida Səhiyyə İdarəsi amöbün sözügedən şəxsin bədəninə necə keçdiyini araşdırır.

Qeyd edək ki, “Neqleriya Foulera” amöbü insan beynini sürətlə zədələdiyi üçün “insan beyni yeyən amöb” adlandırılır.

Paylaş

 Xəbəriniz olsun