İngiltərəlidən alim sevindirci xəbər: “Vaksin 2 həftəyə…”

  • SpaceTV
  • 11 Aprel 2020 17:00

“Yeni növ koronavirusun (COVİD-19) vaksini 80 faiz ehtimalla sentyabr ayında istifadəyə hazır olacaq”.

SPACE TV  xəbər verir ki, bunu koronavirusa qarşı vaksinin hazırlanmasında iştirak edən Oxford Universitetinin professoru Sara Gilbert deyib.

Vaksinin iki həftə ərzində insanlar üzərində sınaqdan keçiriləcəyi söyləyən professor bildirib: “Hər həftə əldə etdiyimiz nəticələrə əsasən, 80 faiz ehtimal var ki, vaksin sentyabr ayında istifadəyə hazır olsun. Hər şey yolunda gedərsə, bu, mümkün olacaq”.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayan COVİD-19 hazırda 210 ölkədə aşkar edilib. Virusa yoluxan 1 milyon 710 min 798 nəfərdən 103 min 512-i dünyasını dəyişib, 382 min 73 xəstə sağalıb.

Paylaş

 Xəbəriniz olsun