İngiltərədə koronavirusa görə metro stansiyaları bağlanıldı

  • SpaceTV
  • 19 Mart 2020 12:01

İngiltərənin paytaxtı Londonda koronavirusla mübarizə çərçivəsində metro stansiyalarının qismət bağlanması qərarı verilib.

SPACE TV xəbər verir ki, bu gündən etibarən 40 metro stansiya bağlı olacaq. Həmçinin, avtobus, qatar və tramvay xətlərində də səfərlər azaldılacaq.

Qeyd edək ki, son rəqəmlərə görə, ölkədə son 24 saatda daha 33 nəfər virusdan həyatını itirib və ölü sayı 104-ə çatıb. Yoluxanların sayı isə 676 nəfər artaraq 2 min 526 olub.

Paylaş

 Xəbəriniz olsun