İngiltərədə 39 meyitin tapıldığı dəhşətli hadisənin-Təfərruatı

  • SpaceTV
  • 25 Oktyabr 2019 18:47

Böyük Britaniya polisi yük maşınında tapılan 39 meyitlə bağlı aparılan araşdırmaların ilkin nəticələrini açıqlayıb. 

Newsru.com xəbər verir ki, cəsədlər yük avtomobilindəki soyuducu konteynerdə iki gün öncə Esseks qraflığının Qreys şəhərində aşkar edilib. 

Məlum olub ki, 39 nəfər soyuducuda 25 dərəcə şaxtada aparılıb və bu zaman onların qışqırıqlarını heç kim eşitməyib. Onlar hamısı Çin vətəndaşı olublar. Məsələyə Çinin Böyük Britaniyadakı səfirliyi də qarışıb. 

Məlumatlara görə, aralarında bir uşaq da olan 39 miqrant yük maşınının konteynerində Belçikaddan İngiltərəyə keçməyə çalışıb. 

25 yaşlı irlandiyalı sürücü Moris Robinson Temza çayı üzərindən keçərək Pyorflitə çatıb. Bu zaman o, yük yerində insanların öldüyünü görüb və polisə xəbər verib. Hadisə yerinə gələn polis sürücünü həbs edib. Hazırda onun qanunsuz miqrasiya ilə bağlı qruplaşmanın üzvü olub-olmadığı araşdırılır. 

Yük avtomobili Bolqarıstana məxsus dövlət nömrə nişanlı olub və oktyabrın 15-də İrlandiyada icarəyə götürlüb. Həftəlik icarə üçün şirkətə 240 funt sterlinq (524 AZN – red.) ödənilib. 

39 nəfərin hansı müddətə yük maşınında daşınması məlum deyil. 

Paylaş

 Xəbəriniz olsun