İngiltərə Premyer Liqasında növbəti mövsüm Mançester klubları olmadan başlayacaq – FOTO

  • Space TV
  • 20 Avqust 2020 17:29

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün təqvimi açıqlanıb.

Spacetv.az Premyer Liqanın saytına istinadən xəbər verir ki, sentyabrın 12-də mövsümə start veriləcək.

Mayın 23-də başa çatacaq mövsümdə ilk turun “Börnli” – “Mançester Yunayted” və “Mançester Siti” – “Aston Vila” görüşləri təxirə salınıb. Səbəb Mançester klublarının avrokubok oyunlarından yeni çıxması və istirahət imkanlarının az olmasıdır.

İlk turda London derbisi Premyer Liqanın debütantı “Fulhem”lə “Arsenal” arasında baş tutacaq.

İngiltərə Premyer Liqası
2020/21 mövsümü
I tur
12 sentyabr

“Kristal Pelas” – “Sauthempton”
“Fulhem” – “Arsenal”
“Liverpul” – “Lids”
“Totenhem” – “Everton”
“Vest Bromviç” – “Lester”
“Vest Hem” – “Nyukasl”

14 sentyabr
“Brayton” – Çelsi”
“Şefild Yunayted” – “Vulverhempton”

Paylaş

 Xəbəriniz olsun