İngiltərə millisinin 22 yaşlı qapıçısı koronavirusa yoluxdu

  • Space TV
  • 26 May 2020 12:56

İngiltərənin “Bornmut” futbol klubunun qapıçısı Aron Remsdeyl koronavirus testinin müsbət çıxdığını açıqlayıb.

Futbolçu bu barədə “The Sun” nəşrinə məlumat verib.

“Bu, mənim təəccübümə səbəb oldu. Heç kimlə ünsiyyətdə olmadığıma baxmayaraq, koronavirusa yoluxmuşam.

Xəstəliyin simptomlarını hiss etməmişəm. Demək ki, sağlam insan da daşıyıcı ola bilər. Bu, olduqca qorxulu və narahatedicidir”, – deyə 22 yaşlı qolkiper söyləyib.

Paylaş

 Xəbəriniz olsun