İngilislərin monitorinqi bakıda davam edir

  • SpaceTV
  • 10 Dekabr 2019 17:04

İlin əvvəlindən Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkətinin əməkdaşları tərəfindən  Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyasının hazırlanması  işləri aparılırdı. Artıq 5 aydır ki, pilot lahiyənin icrası  Nərimanov rayonunda həyata keçirilir və xarici mütəxxəsislərin rəyinə əsasən nəticələr də  qənaətbəxşdir

Əgər bu vaxta kimirayon ərazisində məişət tullantılarının düzgün çeşidlənməsi xüsusi işçilərin nəzarəti ilə həyata keçirilirdisə artıq bir neçə gündür ki, konteynerlər vətəndaşların öz ixtiyarına verilib.

Lahiyənin həyata keçirildiyi, Nərimanov rayonu mənzil Kommunal Təsərrüfatı birliyinin rəisi Elçin Həşimovun sözlərinə  lahiyənin  icrasına başlanılan gündən çeşidlənmə mərkəzində toplanmış  təkrar emala gedən tullantıların həcmi əgər ilk günlərdə 6 -7 tona yaxın idisə 5 ay sonra bu rəqəm 25 tona çatıb

Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin  idarə  olunması  lahiyəsinin  Nərimanov rayonunda 2019 cu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.Qarşıdakı ildə isə Nizami,Yasamal və Nəsimi  rayonlarında bu lahiyənin icrasına başlanılacaq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun