İnfeksion xəstəliklər ölkəmizi sərhəddən vəhşi heyvanlar eləcədə quşlar vasitəsilə keçə bilər

  • Space TV
  • 31 Yanvar 2020 16:04

İtigedişli infeksion xəstəliklər   ölkəmizi  sərhəddən vəhşi heyvanlar  eləcədə   quşlar  vasitəsilə  keçə  bilər  . Ona  görədə   Ağstafa  rayonunun   ən böyük heyvandarlıq sahəsi  sayılan   “Ceyrançöl “ ərazisindən   peyvəndləmə işləri  bir neçə  gündür  başlanılıb .Bununla yanaşı  Sadıxlı  , Böyük kəsik , Ağgöl kəndləridə   Gürcüstanla sərhəddə olduğundan  bu  ərazilərdə olan  İri  buynuzlu  heyvanlarda  Və   təkdırnaq  sayılan at və   uzunqulaqlardada  Qarayara  xəstəliyinin  yoluxmaması   ücün   müvafiq  peyvəndləmə işləri   aparılır  .  Son vaxtlar  Avropadan    rayona  gətirilən  cins ətlik və   südlük  heyvanlarda  həkimlərin   yoxlanışından  sonra  vaksinasiyaya  cəlb  edilirlər . Fermerlər     baytar  həkimlərin  mütəmadi olaraq  nəzarəti   sayəsində   təsərüfatlarını  genişləndirdiklərini   və   yaxşı  gəlir əldə  etdiklərini  söyləyirlər  .

Mənfur  qonşularımız   ermənistan  ərazisidə  baytar  həkimlərin nəzarətindədir  . Bu istiqamətdə  rayonun  Sərhəd  kəndlərindən olan  Köhnəqışlaq ,Tatlı ,Yaradullu  və   dağkəsəmən kəndlərinin ərazisində olan  meşə  xətlərindəndə  vəhşi  heyvanlar  heyvan sürülərini  qoruyan  itlərə   hücüm cəkə  bilir  . ona  görədə   peyvən  zamanı   itlərdə   nəzərdən qacmayaraq  quduzluq  əlehinə   vaksinasiya  olunur  .  Baytarlıq idarəsinin rəisi  Nofəl Qasımov  qısa  müddətdə   cox sayda  heyvanın peyvənd olunduğunu bildirdi .

İdarə  rəisi onuda bildirdi  ki  peyvəndləmə  zamanı   heyvanlarda  hər hansı iti infension    xəstəlik aşkar olunarsa  dərhal  nəzarətə   götürülür  və   müvafiq  tədbir  görülür    .

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun