İnfarktdan ölənlərin sayı artıb- VİDEO

  • Space TV
  • 19 Avqust 2020 16:24

Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı artıb. Səbəb maraqlıdır. Ölkənin baş kardioloqu Yusif Nağıyevin  spacetv.az-a verdiyi məlumata görə  ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımız  xəstəxanaya gedərlərsə COVİD 19-a yoluxacaqlarından ehtiyat edirlər və məhz bu səbəbdən də tibb müəssisələrinə  getməkdən çəkinirlər. Vəziyyətləri tam ağırlaşdığında həkimə müraciət edirlər ki, bu zaman da onların həyatını xilas etmək mümkün olmur.

Paylaş

 Xəbəriniz olsun