İndoneziyada şəriət qanunlarını pozan qadınlar xüsusi çubuqlarla döyüləcək

  • Space TV
  • 30 Yanvar 2020 12:00

İndoneziyada şəriət qanunlarını pozan qadınlara bədən cəzası tətbiq etmək üçün ilk qadın heyətindən ibarət qrup yaradılıb.

SPACE TV-in məlumatına görə, 8 nəfərdən ibarət dəstə Açex vilayətində fəaliyyət göstərəcək. Qrupun vəzifəsi cəzaya məhkum olunmuş qadınlara rotanq çubuqları ilə zərbə vurmaqla cəzalandırmaqdır.

İnsan haqları müdafiəsi təşkilatları artıq bu növ cəzanı qınayıblar. “Human Rights Watch”ın əməkdaşı Andreas Harsono bu barədə deyib: “İnsanları kobud şəkildə cəzalandırmaq, cəzanı kimin tərəfdən yerinə yetirilməsindən asılı olmayaraq qeyri-insani və vəhşi praktikadır”.

A.Harsono əlavə edib: “Müasir İndoneziyada bir qadının və ya bir kişinin fiziki cəzalandırılmasına yer yoxdur və İndoneziya hökuməti bu işgəncəyə göz yummağı dayandırmalıdır”.

Paylaş

 Xəbəriniz olsun