İndoneziyada güclü zəlzələ: 6,3 bal

  • SpaceTV
  • 7 İyul 2020 11:12

İndoneziyanın Yava adası sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Təkanların episentri Mərkəzi Yava əyalətinin inzibati mərkəzi sayılan Semaranq şəhərindən 142 kilometr şimalda qeydə alınıb. Zəlzələ ocağı 525 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində dağıntılar və ya tələfat barədə məlumat verilməyib.

Paylaş

 Xəbəriniz olsun