İndoneziyada dəhşətli zəlzələ: 600 yaralı – FOTO

  • Space TV
  • 15 Yanvar 2021 10:03

İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində azı 26 nəfər həlak olub, təxminən 600 nəfər yaralanıb.

Bu barədə NTV xəbər yayıb.

Zəlzələnin episentri Macene şəhərindən altı kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.

Azı 60 binaya zərər dəyib, yerli xəstəxana binası uçub.

İndoneziya meteoroloqları sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.

Sosial şəbəkələrdə zəlzələnin nəticələri barədə kadrlar paylaşılır. Belə videoların birində binanın dağıntıları altında qalan uşağın yardım istədiyi görünür.

Paylaş

 Xəbəriniz olsun