Sentyabrın 19-da İndoneziya sahillərində silsilə zəlzələlər baş verib.
“Space” Xarici mətbuata istinadən xəbər verir ki, 6,1 bal gücündə ilk yeraltı təkanın episentri Mərkəzi Yava əyalətinin Lasem yaşayış məntəqəsindən 82,2 kilometr cənub-qərbdə, ocağı 625 kilometr dərinlikdə yerləşib. Bundan 30 dəqiqə sonra baş verən digər iki zəlzələnin biri 5,9, digəri isə 5,6 bal gücündə olub.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.