İndiyədək ETSN-də 26 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib

  • SpaceTV
  • 25 Sentyabr 2020 16:35

“Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu günə qədər 26 nəfər kronavirusa yoluxub”.

Spacetv.az xəbər verir ki, məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli qurumun “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.

O bildirib ki, onların hamısı xəstəxanada və ev şəraitində müalicəsini bitirib: “Koronavirusa yoluxanlardan bir nəfər isə dünyasını dəyişib”.

Paylaş

 Xəbəriniz olsun