İndi isə, banklarda krediti olan şəxslərə vacib xəbərimiz var.

  • Space TV
  • 10 Aprel 2020 11:31

Fərdi şəxslərin aldığı istehlak kreditləri ilə bağlı güzəşt edilməyəcək. Vətəndaşların bu istiqamətdə gözləntiləri ödənişlərin gecikməsi, əlavə faizlərin yığılması ilə nəticələcək. Hazırda bu barədə hansısa güzəşt gözlənilmir. İqtisadçı Ruslan Atakişiyev bildirir ki, bu barədə təkliflər səslənsə də, hələ ki, qərar verilməyib.

Lakin sahibkarlarla bağlı bir sıra güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlərin biri də iş adamlarına verilən kreditlərin faizlərinin bir hissəsinin dövlət tərəfindən ödənilməsidir. Lakin bu qərar da martın 10-a kimi kredit götürən sahibkarlara şamil edilir.

İqtisadçı həmçinin bildirdi ki, vətəndaşlar banklara müraciət edərsə, banklar kreditin ödənişi ilə bağlı möhlət verə bilər. Əgər bank tərəfindən möhlət verilməzsə, kreditin gecikdirilməsi əlavə faizlərin də toplanmasına səbəb olacaq.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun