İnam Kərimov Tovuzda əkin sahələrinə baxış keçirdi – FOTO

  • Space TV
  • 3 Sentyabr 2020 10:07

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağstafa və Tovuz rayonlarında səfərdə olub.

Spacetv.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər yayıb.

Bildirilib ki, nazir Ağstafa rayonunun Böyükkəsik kəndində yerləşən Dilbaz Atçılıq təsərrüfatında cins atların yetişdirilməsi üçün görülən işlərlə, atların saxlanma şəraiti ilə tanış olub.

Həmçinin, Poylu qəsəbəsi ərazisində 120 hektar sahədə salınmış intensiv bağa, Poylu kəndində fermer Qədim Qədimovun üzüm bağına baş çəkib, bağlarda kütləvi məhsul yığımına hazırlıq prosesini dəyərləndirib, satış prosesinin təşkili ilə maraqlanıb, fermerlərin təkliflərini dinləyib.

Nazir Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində sahələrdə kartof yığımı prosesini müşahidə edib. 

Səfər çərçivəsində nazir rayonun Aşağı Quşçu kəndində fermer İsmayıl Hüseynovun üzüm bağı, Alakol kəndində 54 hektar sahədə salınmış intensiv bağla tanış olub, Tovuz Dənli Bitkilərin Toxum Emalı Zavodunda istehsal prosesinin gedişi ilə maraqlanıb.

Paylaş

 Xəbəriniz olsun