İnəkləri zebra kimi boyadılar

  • SpaceTV
  • 10 Oktyabr 2019 11:39

Yaponiyalı araşdırmaçılar inəklərin zebralarda olan zolaqlara sahib olmasının milçəkləri inəklərdən uzaq tutub-tutmayacağını araşdırmaq istəyib.

SPACE TV xarici mediaya istinadla bildirir ki, araşdırma üçün qara yapon inəyini qara və ağ zolaqlarla boyayıblar. Daha sonra boyanmış və boyanmamış inəklər araşdırmaçılar tərəfindən müşahidə olunub. Tədqiqatçılar inəkləri narahat edən həşəratların sayını müəyyən etmək üçün çalışma zamanı müxtəlif zamanlarda fotolar çəkdilər. Araşdırma zamanı inəklərin milçəkləri uzaqlaşdırmaq üçün ayaqlarından və ya quyruqlarından istifadə edib-etmədiyi də araşdırmaçılar tərəfindən müşahidə olunub.

Müşahidə zamanı zolaqlı inəklərin zolaqsız inəklərə nisbətən daha az həşəratların hücumuna məruz qaldığı müəyyən olunub.

Paylaş

 Xəbəriniz olsun