İnək xilas edildi – VİDEO

  • SpaceTV
  • 21 Oktyabr 2019 16:24

Hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində baş verib. Belə ki, kənd sakini Bəhruz Ələkbərov səhər saatlarında ona məxsus iribuynuzlu heyvanları otlamaq üçün örüşə buraxıb. Özü isə səhər yeməyini yeyib heyvanların ardınca getmək niyyətində olub. Lakin bir baş inəyin su kanalında batdığı xəbərini eşidən kimi dərhal həmin əraziyə gəlib. Təkbaşına inəyi bataqlıqdan çıxara bilməyəcəyini görüb həmkəndlilərini köməyə çağırıb.

Bəhruz Ələkbərov həmkəndliləri ilə birlikdə 140 kiloqramlıq heyvanı çətinliklə də olsa bataqlıqdan çıxararaq xilas edə bilib.

Yerli sakinlər kənd ərazisində belə halların tez-tez baş verdiyini deyirlər.

Qeyd edək ki, inək bataqlıqdan çıxarıldıqdan sonra örüş sahəsinə buraxılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun