İnək sahibinin gözünü töküb – VİDEO

  • SpaceTV
  • 21 Oktyabr 2019 17:14

Gəncə şəhərində inək sahibinin gözünü çıxarıb. Hadisə şəhərin Əhməd Cavad küçəsi ev 68 ünvanında baş verib. Həyətdə bəslənilən  inək öz sahibi, 1978-ci il təvəllüdlü Səmərqənd Musa oğlu Əliyevi vurub. Nəticədə sol gözündən ağır zərbə alan şəxs yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Həkimlərin xəsarət alanın sol gözündə əməliyyat etsələr də, həmin gözün bir daha görməyəcəyini deyiblər.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun