İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb ediləcək? – RƏSMİ

  • Space TV
  • 29 Yanvar 2021 12:10

“İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq”.

Spacetv.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir: 

“İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”.

“Hərarəti olanlar da imtahana buraxılmır”, – deyə o əlavə edib.

Paylaş

 Xəbəriniz olsun