İmtahanlar necə keçiriləcək?

  • SpaceTV
  • 29 Aprel 2020 12:04

“İmtahan suallarının asan və çətinlik dərəcəsində hər hansı dəyişikliyin edilməsi nəzərdə tutulmur”, – Dövlət İmtahan Mərkəzinin rəsmisi Xanlar Xanlarzadə deyir, istər buraxılış,  istər də  qəbul imtahanları olsun, abituriyent və tələbələri  bilik səviyyəsinə görə bir birindən fərqləndirmək üçün keçirilir  və bu imtahanlarda həm asan, həm orta, həm də çətin tipli tapşırıqlardan istifadə olunacaq.

Xanlar Xanlarzadə bildirdi ki,   buraxılış və qəbul imtahanlarının şərtləri ilə bağlı  qəti fikir söyləmək hələ tezdir. Mövcüd vəziyyət, həyata keçirilən tədbirlər təhlil olunancaq və bundan sonra Təhsil nazirliyi tərəfindən tədris olunmayan mövzularla bağlı hər hansı muraciət olarsa müvafiq addimlar atılacaq.  Ekspertlər bu  qənaətdədirlər ki, bu il imtahanlarda sualların tərtib olunması, sualların ağırlıq dərəcəsi əvvəki illərlə müqaisədə xeyli yumşaldılmalıdır.

Ekspert İlqar Orucov onu da əlaqə etdi ki, xüsusi karantin rejimi abiturientlərə  psixoloji təsir  göstərib və bu proseslərdə ən çox zərər görən tərəflərdən biri də bu il imtahan verəcək gənclərimizdir.

NURLAN OKTAYOĞLU  SPACE TV

Paylaş

 Xəbəriniz olsun