“200 minə yaxın şagird bir ay ərzində imtahanlarda iştirak edəcək”.
SPACE TV-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, çox mürəkkəb işdir:
“Hər həftəsonu təxminən 45 min insan imtahanlarda iştirak edəcək. Bu prosesə hazırlıq işləri də mürəkkəb oldu. 1500-dən çox orta məktəbə baxış keçirilib”.
Sədr qeyd edib ki, iyun ayı ərzində 190 min insan imtahanlarda iştirak etməlidir:
“Onların 94 min nəfəri 11-ci sinif məzunudurlar və onlar buraxılış imtahanı verirlər. Eyni zamanda, 96 min nəfər doqquzuncu sinif məzunu imtahan verməlidir”.