İmişlidə yük maşını ilə minik avtomobili toqquşub, 2 nəfər xəsarət alıb.

  • SpaceTV
  • 24 Aprel 2020 15:39

Rayonun Çahar kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan”Qazel” markalı yük maşını “Mersedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakinləri, 1989 təvəllüdlü  Eyvazov Elməddin Vahid oğlu və 1991 təvəllüdlü Xankişiyev Nizami Teyyub oğlu  müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar İmişli rayon Təcilli Təxirə Salınmaz Tibbi yardım əməkdaşları tərəfindən Saatlı rayon mərkəzi xəstəxanasına aparılıb.Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun