İmişlidə xüsusi karantin rejimini pozduğuna görə 4 iaşə obeyktinin sahibi və 30 nəfər cərimələnib

  • Space TV
  • 11 Aprel 2020 15:30

Koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədi ilə Nazirlər kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrasına İmişli rayonunda da ciddi nəzarət edilir. Polis şöbəsinin əməkdaşları xidməti avtomobillərdə olan səsgücləndirici vasitəsi ilə davamlı olaraq xüsusi karantin rejimi qaydalarını Sakinlərin diqqətinə çatdırırlar.

Polis əməkdaşları küçə və prospektlərdə olan vətəndaşları saxlayır, onlara icazə verilib verilmədiyini yoxlayırlar. Icazə olmadan evdən çıxanlar barəsində qanunauyğun tədbirlər görülür.

Gün ərzində aparılan yoxlamalar zamanı rayon üzrə 4 ictimai iaşə obyektinin sahibi olmaqla 34 nəfər barəsində cərimə tərbiq olunub. Bu kimi tədbirlərin xüsusi karantin rejimi dövründə  mütamadi olaraq davam etdiriləcəyi nəzərdə tutulub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun