İmişlidə traktorla motosiklet toqquşdu: sürücü öldü

  • SpaceTV
  • 2 Oktyabr 2019 11:16

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

SPACE TV xəbər verir ki, hadisə rayonunun Bəcirəvan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi traktorla İmişli-Qaravəlli-Mirili avtomobil yolu ilə hərəkətdə olarkən həmyerlisi, rayonun Yalavac kənd sakini, 1991-ci il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi motosikletlə toqquşub. 

Nəticədə, motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun